Gulustan

Müasir evin təkmilləşdirilməsi, şəhərsalmanın yeni konstruktiv əsasları və böyük şəhərdə ən rahat yaşayış formalarının axtarışı XXI əsrə mənsub evin daha təkmilləşmiş konsepsiyasını yetişdirdi. Bu cür ev hər bir sahədə rahat və etibarlı olmalıdır. Ən əsası isə odur ki, sizin daimi yaşayış yeriniz sevinc, rahatlıq və insanın özünə bir şəxsiyyət kimi inam hissi aşılamalıdır. Bu o deməkdir ki, "Gülüstan Residence" təkcə rahat deyil, həm də zahiri görünüşündə layiqincə gözəldir. Bir sözlə, o hər cəhətdən mükəmməldir ki, bu Azərbaycan paytaxtı üçün artıq reallığa çevrilmişdir.

Bütövlükdə, kompleks "müasirləşdirilmiş" art-deko üslubunda ifa edilmişdir. Bədii elementlər ilə zənginləşdirilmiş həcmli kompozisiya Bakı post-modernizminin eksklüziv üslubunda işlənib hazırlanmışdır ki, bu da layihənin üstünlüklərindən biridir. Sahənin yuxarı və aşağı küncləri cinahda iki 17 mərtəbəli qüllə ilə ifa edilmişdir. Üçüncü, 13 mərtəbəli korpus kompleksin kompozisiyasını şərqdən tamamlayaraq şəhər küçələrinin küləyi, səs-küyü və tozundan qorunmuş daxili həyət yaradır.

Fasadın ifasında Abşeron əhəngdaşı, alümin və mis panelləri, tunc, xromlaşdırılmış metallar və Yaponiyadan gətirilmiş müasir materiallardan geniş istifadə olunmuşdur. İşıqlandırma sistemi "iGuzzini" firmasının çıraqları ilə göz oxşayacaq.

Azərbaycanda ilk dəfə "KME" konserninin istehsalı olan mis dam örtüyü təqdim edilmişdir. Bu dam örtüyünün təəccübləndirici davamlılığı və zəngin zahiri görünüşü onun müxtəlif memarlıq abidələrinin tikintisində istifadə edilərək layiqli ad qazanmasına imkan yaratmışdır. Misin elastikliyi sayəsində bu material həddindən artıq mürəkkəb formalı damların montajında istifadə edilə bilər. Fasad dünya üzrə tanınmış "Mitsubishi Chemicals" şirkətinə məxsus olan "Alpolic/FR" odadavamlı kompozisiya örtüyü ilə işlənmişdir.

Kompleks qüllələrinin yuxarı hissəsində Azərbaycan mədəniyyətinin tarixi dövrlərini əks etdirən tunc barelyef üçün yer nəzərdə tutulmuşdur.

Строительство второго корпуса подходит к концу

proyekt

Расположение комплекса, его инфраструктура, богатство и красота явно говорят о неординарности мышления его авторов, профессиональном стремлении построить самый лучший Дом, идеальный во всех отношениях. «Gulustan» - достойное произведение архитектурного искусства, обогащенное эксклюзивным дизайном.