Gulustan

Tikinti üzrə marketinq tədqiqatlarının nəticələri göstərmişdir ki, "Gülüstan Residence" də mənzil sahiblərini qıcıqlandıra biləcək heç bir problem yoxdur. Kompleksin özülü o qədər möhkəmdir ki, hətta 9 ballıq zəlzələ onun üçün qorxulu deyil.

Tikinti lap başlanğıcından beynəlxalq keyfiyyət və seysmik təhlükəsizlik standartlarına uyğun surətdə aparılırdı. Armaturun və beton qarışıqlarının keyfiyyəti müstəqil xarici laboratoriyalarda dəfələrlə ekspertizadan keçirilmişdir. Başqa sözlərlə desək, "Gülüstan Residence" kompleksinin hazırlanmasında bütövlükdə bina konstruksiyasının etibarlılığını təmin edən, ekoloji cəhətdən təmiz və ən möhkəm tikinti materiallarından, habelə PERİ (Almaniya) istehsalı olan və ideal divar, tavan hamarlılığını təmin edən ən yaxşı taxtabənddən istifadə edilmişdir.

Bundan başqa, binanın özülü və bütöv bina müasir texnologiyalar əsasında hazırlanmış poliuretan tərkiblər ilə hidroizolyasiya edilmişdir. Eyni zamanda, nanotexnologiyaların tətbiqi ilə hazırlanmış materiallardan, o cümlədən dünya şöhrətli "DUPONT" şirkətinin istehsalı olan tikinti membranlarından istifadə olunmuşdur.

"Gülüstan Residence" – ilk binadır ki, onun layihəsində paytaxtın xüsusiyyətləri nəzərə alınmışdır: binanın xüsusi mövqeyi sayəsində sahəsi 2000 m2 olan həyətdə həmişə təmiz hava olacaq. Şəhərsalma sahəsində ixtisaslaşan mütəxəssis komandasının peşəkarlığı və çox-illik təcrübəsi "Gülüstan Residence" kompleksinin yüksək tikinti keyfiyyətinə zəmanətdir. Müntəzəm olaraq, memar, genkonstruktor və digər məsul şəxslər tərəfindən müəllif nəzarəti həyata keçirilir.

Строительство второго корпуса подходит к концу

proyekt

Расположение комплекса, его инфраструктура, богатство и красота явно говорят о неординарности мышления его авторов, профессиональном стремлении построить самый лучший Дом, идеальный во всех отношениях. «Gulustan» - достойное произведение архитектурного искусства, обогащенное эксклюзивным дизайном.